BAKI, 27 avqust. TELEQRAF

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Orenburq və Ufa şəhərlərində “Ozon” şirkətinin logistika obyektlərinə dronlarla zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“Ozon” şirkəti də hücumları təsdiqləyib.

Qeyd olunub ki, Ukrayna ordusu “Wildberries”dən sonra Rusiyanın ikinci ən böyük marketpleysi olan “Ozon”a hücumlara başlayıb.