BAKI, 25 avqust. TELEQRAF

Rusiyanın Rostov vilayətində yerləşən “Novoşaxtinsk” neft emalı zavodu Ukrayna ordusunun dron hücumu nəticəsində zədələnib.

Teleqraf xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib.

O qeyd edib ki, neft emalı zavodunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

“Novoşaxtinsk” müəssisəsinin gücü ildə 7,5 milyon ton neft təşkil edir.