BAKI, 20 avqust. TELEQRAF

Rusiya ordusunun hava hücumundan müdafiə sistemləri gecə saatlarında ölkənin bölgələri üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 1000-ə yaxın pilotsuz təyyarəni vurub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ukraynanın irimiqyaslı dron hücumu Həştərxan, Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Oryol, Rostov, Ryazan, Samara, Saratov, Tambov, Tula, Ulyanovsk, Tatarıstan, Moskva və Krasnodar vilayətlərini, eləcə də işğal edilmiş Krım yarımadası, Azov və Qara dənizləri əhatə edib.