BAKI, 19 avqust. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ufa şəhərində təmir işləri aparılan neft emalı zavoduna dronlarla zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Hazırda zərərin miqyasının müəyyən edildiyi, ümumilikdə şəhər ərazisinə altı dronun atıldığı bildirilib.
Başqırdıstan Respublikasının rəhbəri Radi Xabirov hücumu təsdiqləyib.