BAKI, 19 avqust. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ufa şəhərində yerləşən sənaye müəssisələrinə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Başqırdıstan vilayətinin rəhbəri Radiy Xabirov məlumat verib.

“Ufanın sənaye müəssisələrinə növbəti terror hücumunun qarşısını aldıq”, - Rusiya regionunun rəhbəri deyib.

Xabirovun sözlərinə görə, Ukrayna sərhədindən 1400 kilometr məsafədə yerləşən müəssisələrə altı dronla hücum edilib: “Onlardan dördü vurulub, biri isə sənaye zonasında düşüb. Nəticədə yanğın baş verib”.