BAKI, 14 avqust. TELEQRAF

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Almatıda Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparovla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi açıqlama yayıb.

Tərəflər kənd təsərrüfatı sektorunda əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birgə investisiya proqramlarının həyata keçirilməsi, müasir aqrotexnologiyalar və təcrübə mübadiləsi imkanlarını müzakirə ediblər.

Su ehtiyatlarından səmərəli istifadə, suvarma sistemləri, heyvandarlıq və kənd təsərrüfatı məhsullarının emalı sahələrində əməkdaşlığa da toxunulub. Papoyan Ermənistanın kənd təsərrüfatı və qida məhsullarının, xüsusən də şərab, meyvə-tərəvəz və balıqçılıq məhsullarının Qazaxıstana ixracının artırılması potensialını vurğulayıb.