BAKI, 3 avqust. TELEQRAF
Ömər Sultanov Qırğızıstanın İsveçrədəki səfiri, Cenevrədə BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifələrindən azad edilib.
Teleqraf xəbər verir ki, müvafiq fərman Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən imzalanıb.
Dövlət başçısı digər sərəncamla Ömər Sultanovu Qırğızıstanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edib.