BAKI, 23 iyul. TELEQRAF

Qırğızıstan xarici işlər nazirinin müavini Meder Abakirov etimadnaməsinin surətini Qazaxıstanın Bişkekə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abılkair Skakovdan qəbul edib.

Teleqraf xəbər verir ki, tərəflər Qırğızıstan-Qazaxıstan əməkdaşlığının siyasi, ticari-iqtisadi, tranzit-nəqliyyat və mədəni-humanitar sahələrdə cari məsələlərini də müzakirə ediblər.

Həmsöhbətlər ikitərəfli razılaşmaların vaxtında həyata keçirilməsinin vacibliyini bildiriblər.