BAKI, 22 iyul. TELEQRAF
Bişkekdə Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev və belaruslu həmkarı Maksim Rıjenkov arasında görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsini, o cümlədən hökumətlərarası komissiyanın iclasının keçirilmə vaxtını müzakirə ediblər.
Həmçinin görüşdə BMT, MDB, Aİİ, ŞTƏT, KTMT və digər inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.