BAKI, 16 iyun. TELEQRAF
Türkmənistan xarici işlər naziri Rəşid Meredov Yaponiyanın Aşqabaddakı səfiri Sasaki Xiroşi ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Türkmənistan-Yaponiya əməkdaşlığının hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə edərək, ikitərəfli münasibətlərin müsbət dinamikasını qeyd ediblər. Xüsusilə qarşılıqlı maraq doğuran sahələrə diqqət yetirilib.
Görüş iştirakçıları vurğulayıblar ki, yüksək səviyyəli aktiv siyasi dialoq və müvafiq qurumlar arasında müntəzəm əlaqələr Türkmənistan və Yaponiya arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə töhfə verir.