BAKI, 16 iyun. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 20 sentyabra təyin edilməsi barədə fərman imzalayıb.

Teleqraf xəbər verir ki, fərman rəsmi dərc edildiyi gündən qüvvəyə minir.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova iyunun 16-da Dövlət Dumasına seçkilərə hazırlıq işlərinin başlandığını açıqlamışdı. Beləliklə, seçkilər sentyabrın 20-nə təyin edilib və 450 deputat seçiləcək.