BAKI, 15 iyun. TELEQRAF

Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələsini şəxsi nəzarətinə götürüb.

Teleqraf xəbər verir ki, bu barədə o, öz teleqram kanalında paylaşım edib.

S.Mirziyoyeva ölkə rəhbəri tərəfindən narkotik ticarətinə qarşı güzəştsiz mübarizəni nəzərdə tutan yeni qanunun imzalandığını bildirib:

"Bu mübarizədə kənarda qalmaq olmaz. Çox şey özümüzdən – valideynlərdən, məktəblərdən, məhəllələrdən və yaxınlıqda nələr baş verdiyini görən hər kəsdən asılıdır".