BAKI, 9 iyun. TELEQRAF
May ayında Özbəkistanın qızıl-valyuta ehtiyatları 307,3 milyon dollar azalaraq, iyun ayına 70,58 milyard dollar təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Bankı məlumat yayıb.
Son bir ayda ehtiyatların valyuta hissəsi 1,4 milyard dollar, qızıl hissəsinin dəyəri isə 156 milyon dollar azalıb. Öz növbəsində, ehtiyatlardakı qızılın fiziki həcmi 13,3 milyon troy unsiyasından 13,6 milyon troy unsiyasına qədər artıb.
İnvestisiya qoyulan qiymətli kağızlar portfeli isə kəskin şəkildə artaraq 1,5 milyard dollardan 2,8 milyard dollara çatıb.
Mərkəzi Bankın açıqlamasında deyilir: “Özbəkistanın ümumi beynəlxalq ehtiyatlarının həcmi 2026-cı ilin may ayında 307,3 milyon dollar azalıb. Xüsusilə, qızılın qiymətinin ay ərzində 4625,80 dollardan 4516,85 dollara düşməsinin təsiri 1,5 milyard dollar təşkil edib”.