BAKI, 5 iyun. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov ölkəyə rəsmi səfərə gələn Belarus Baş naziri Aleksandr Turçinlə görüşüb.

Teleqraf xəbər verir ki, həmsöhbətlər görüşdə ticari-iqtisadi, sənaye, enerji, kənd təsərrüfatı, mədənçilik və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığı daha da gücləndirməyə hazır olduqları təsdiqlənib.