BAKI, 9 may. TELEQRAF

Qazaxıstan Dövlət Sərhəd Xidməti Kaplanbek sərhəd-keçid məntəqəsində Özbəkistana keçmək üçün növbələrin yarandığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bunun qonşu ölkənin keçid məntəqəsində qeydiyyat sistemindəki nasazlıqlarla əlaqədar olduğu bildirilib.

“Qazaxıstan tərəfində keçid məntəqəsi normal fəaliyyət göstərir, heç bir məhdudiyyət tətbiq edilməyib. Sərhəd nümayəndələri çərçivəsində qarşılıqlı əlaqə təşkil edilib. Özbəkistan tərəfinin məlumatına görə, nasazlıqların aradan qaldırılması və keçid məntəqəsinin funksionallığının bərpası üçün tədbirlər görülür”, - məlumatda bildirilib.