BAKI, 29 aprel. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski nüvə müharibəsi üçün zəmin yaradır və sülh təşəbbüslərini sabotaj edir.
Teleqraf xəbər verir ki, bu iddianı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxrova brifinqdə irəli sürüb.
Diplomat Zelenskinin Ukraynaya təhlükəsizlik zəmanəti kimi həm NATO üzvlüyünün, həm də nüvə silahının verilməsinin vacibliyi barədə açıqlamasına diqqət çəkib:
“Əslində, o, bu cür bəyanatlarla nüvə münaqişəsini təhrik etməyə davam edir. Üstəlik, Qərbi Avropa bu nüvə şantajının ilk qurbanına çevrilə bilər. Bu məlumdur: Zelenski sülh istəmir. O, hərbi əməliyyatların sonsuz uzadılmasına çalışır və münaqişənin təhlükəli eskalasiyasına getməyə hazırdır.
Avropalılar başa düşməlidirlər ki, əgər onlar hər gün milyonlarla avro ayırdıqları bu insanı dayandırmasalar və indiki vəziyyətdə dayanmasa, addımlarının nəticələrdən qaça bilməyəcəklər”.
Zaxarova iddia edir ki, Volodimir Zelenski Ukraynada hərbi vəziyyəti buna görə yenidən uzadıb.