BAKI, 1 noyabr. TELEQRAF
"Hazırda iki günlük plan üzrə danışıqlarda vasitəçilərlə məsləhətləşmələr davam edir, lakin hələlik yekun nəticəyə gəlməmişik. Nəticənin əldə olunması qarşı tərəfin suallarımıza verəcəyi cavablardan asılıdır".
Teleqraf İran Dövlət Televiziyasına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Abbas Əraqçi bildirib.
A.Əraqçinin sözlərinə görə, İran nümayəndə heyətinin nazir müavini səviyyəsində Qətərə səfəri son həftələrdə Tehranda olan qətərli vasitəçilərlə məsləhətləşmələri davam etdirmək məqsədi daşıyıb. Səfər zamanı ABŞ tərəfi ilə hər hansı danışıqlar planlaşdırılmayıb.
XİN rəhbəri qarşı tərəfin rasionallıq nümayiş etdirəcəyinə və diplomatiyaya üstünlük verəcəyinə ümid etdiyini vurğulayıb.