BAKI, 1 noyabr. TELEQRAF

"İranla münasibətlər vacibdir, çünki o, bizim qonşumuzdur və eyni geostrateji məkanı paylaşırıq. Biz İranın uzanan böhrana sürüklənməsini istəmirik".

Teleqraf xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş bildirib.

O qeyd edib ki, digər tərəfdən iki ölkə arasında etimad sarsılıb və buna BƏƏ-yə edilən hücumlar səbəb olub:

"Etimadın bərpası ilə İranla diplomatik münasibətlərin saxlanılması tamamilə fərqli anlayışlardır. Vasitəçilərin sayəsində diplomatik əlaqələr onsuz da var. Pozulan məhz etimaddır və onun bərpa olunması çox uzun vaxt aparacaq".