Niderland tərəfdaşları ilə birlikdə Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin çatdırılmasını sürətləndirməyin yollarını araşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Dilan Yeşilgöz-Zegerius “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, Avropa ölkələri və müttəfiqlərinin vəsaiti hesabına Ukraynaya böyük həcmdə “Patriot” raketlərinin göndərilməsi ilə bağlı razılaşma əldə olunmasına bir addım qalıb.
“Niderland Müdafiə Nazirliyi tərəfdaşlarla birlikdə tədarükün sürətləndirilməsi imkanlarını araşdırır”, – o qeyd edib.