BAKI, 1 noyabr. TELEQRAF

Latviya noyabr ayı ərzində BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Latviyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabr ayı ərzində Latviya BMT Təhlükəsizlik Şurasının bütün rəsmi və qeyri-rəsmi iclaslarına sədrlik edəcək.

Latviyanın BMT-dəki səfiri Sanita Pavlyuta-Deslandes ölkənin xarici siyasət xidmətinin əsas vəzifəsinin respublikanın təhlükəsizliyini möhkəmləndirmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası bu məqsədə nail olmaq üçün vasitələrdən biridir.