BAKI, 28 aprel. TELEQRAF

Kılıçbek Sultan Qırğızıstanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib.

Teleqraf xəbər verir ki, fərman Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən imzalanıb.

Qərar səfirin təqdim etdiyi ərizə əsasında verilib.

Kılıçbek Sultan bu vəzifəyə 2025-ci il iyulun 8-də təyin edilmişdi.