BAKI, 16 mart. TELEQRAF

“İrana hücumdan sonra yaranan böhranın nəticələrini proqnozlaşdırmaq çətindir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Münaqişənin perspektivlərinə gəlincə, Donald Tramp yaxınlarda bildirdi ki, “İran tamamilə məğlub olub”. Elə həmin gün İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi isə söylədi ki, “qarşımızda hələ minlərlə hədəf var və ən azı Pesaxa bayramına qədər bu hədəflər üzərində işləyəcəyik”. Yəni ən azı daha üç həftə”, - o qeyd edib.

Lavrov əlavə edib ki, əgər indi dərhal dayanıb vəziyyəti sabitləşdirməsələr və heç kim tərəfindən pozulmayacaq yeni razılaşmalar üzərində işləməsələr, bu böhranın hansı nəticələrə gətirib çıxaracağını və necə başa çatacağını proqnozlaşdırmaq çox çətin olacaq.