BAKI, 31 yanvar. TELEQRAF

“ABŞ-nin Rusiyanı düşmən dövlət elan etməsi dialoqun sabitləşməsi və Vaşinqtonun böhranların həllində vasitəçilik roluna töhfə vermir”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rusiyanın Kuba əleyhinə yeni sənəddə Havananın bir neçə digər bərabərhüquqlu xarici tərəfdaşı ilə birlikdə “düşmən” və “bədxah” dövlət kimi təsnif etməsi təəccüblüdür.

Etiketlərin yapışdırılması nə Rusiya-ABŞ dialoqunun sabitləşməsinə, nə də Vaşinqtonun dünyanın müxtəlif regionlarında böhranların nizamlanması üzrə mühüm vasitəçilik səylərinin effektivliyinin artırılmasına xidmət edir”, - diplomat vurğulayıb.