BAKI, 5 yanvar. TELEQRAF

“Ölkəmiz üçün nəqliyyat və logistika sektorunun potensialının artırılması strateji əhəmiyyət kəsb edən vəzifədir. Dənizə birbaşa çıxışı olmasa da, Qazaxıstan Avrasiyanın mərkəzində, əsas tranzit yollarının kəsişməsində yerləşir. Bu, böyük üstünlükdür, bundan ölkənin rifahı üçün istifadə edə bilməliyik. Məqsəd və maraqlarımıza uyğun olaraq, Qazaxıstanın Avrasiyanın nəqliyyat mərkəzi kimi formalaşması bu sahədəki əsas iş istiqamətidir”.

Teleqraf xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Ölkəmiz Çinin “Bir Kəmər, Bir Yol” meqalayihəsinin, Şimal-Cənub dəhlizi və Transxəzər nəqliyyat marşrutunun - Orta Dəhlizin inkişafında fəal iştirak edir. İnanırıq ki, Rusiya-Qazaxıstan-Türkmənistan-İran marşrutu da dəniz limanları vasitəsilə yükdaşımaları üçün böyük perspektivlərə malikdir”, - dövlət başçısı bildirib.