BAKI, 26 dekabr. TELEQRAF

Qazaxıstanda Ukraynada Rusiya tərəfində döyüşənlərə qarşı bir ildə 700-dən çox cinayət işi açılıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.

Məlumatda deyilir ki, Qazaxıstan hökuməti 2025-ci ildə Ukraynadakı müharibədə iştirak edən və Rusiya hərbi birləşmələrinə qoşulan yüzlərlə şəxsə qarşı cinayət işi açıb. Söhbət Rusiya Müdafiə Nazirliyi, həmçinin “Vaqner” özəl hərbi ilə müqavilə imzalayan şəxslərdən gedir.

Bildirilir ki, Ukraynada davam edən müharibədə təxminən 200 Qazaxıstan vətəndaşı həlak olub.

Qazaxıstanda müharibədə iştirak etmək istəyənlərə cinayət məsuliyyəti ilə üzləşəcəkləri barədə xəbərdarlıq edilib.

Vəziyyət 2025-ci ilin əvvəllərində muzdluların şəxsi məlumatları dərc edildikdən sonra dəyişib. Ukrayna mediası aprel-iyul aylarında müharibədə iştirak edən 1200 Qazaxıstan vətəndaşının siyahılarını dərc edib.