BAKI, 25 dekabr. TELEQRAF

Türkmənistan və İranın sərhəd xidmətləri Səraxs sərhəd keçid məntəqəsindən tranzit trafikinin artırılması barədə razılığa gəlib.

Teleqraf xəbər verir ki, bu barədə “Business Turkmenistan” məlumat yayıb.

Danışıqlar Səraxsda baş tutub. Tərəflər həmçinin ortaq sərhədlər boyunca təhlükəsizliyi qorumaq üçün əməkdaşlığı davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Görüşdən sonra sərhəd protokolu imzalanıb. Sənəddə tranzitin genişləndirilməsi və gömrük iş saatları və prosedurlarının əlaqələndirilməsi nəzərdə tutulub.

Səraxs dəmir yolu və avtomobil keçid məntəqəsi İranın Türmənistanla sərhədinin şimal-şərqində yerləşir.