BAKI, 11 dekabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Aşqabadda görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Liderlərin Ukraynadakı son durum və ikitərəfli münasibətləri müzakirə edəcəyi bildirilib.

Xatırladaq ki, səfər dekabrın 12-də Türkmənistanın paytaxtında keçiriləcək beynəlxalq forumla əlaqəlidir.