BAKI, 7 dekabr. TELEQRAF

Çin hərbi təyyarələri ilk dəfə olaraq Yaponiyaya məxsus F-15 qırıcılarının üzərinə atəşə nəzarət radarı (fire-control radar) yönəldib və onları kilidləyib.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Yaponiya Baş naziri Sanae Takaiti hadisəni “son dərəcə təəssüf doğuran” adlandıraraq, Yaponiyanın Pekinə sərt etiraz notası göndərdiyini və “sakit, lakin qətiyyətli şəkildə” cavab verəcəyini deyib.

Çinin Hərbi Dəniz Qüvvələri isə “WeChat” platformasında yayımladığı bəyanatda Yaponiya təyyarələrinin öz təlimlərinə təhlükəli şəkildə müdaxilə etdiyini iddia edib.