BAKI, 23 noyabr. TELEQRAF

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar intensiv xarakter alıb, dağlıq ərazilərə isə arabir qar yağıb.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 23-ü saat 11:00-a olan məlumatında bildirilib.

Məlumata görə, qar örtüyünün hündürlüyü Kəlbəcərdə 7, Laçında 4, Qubadlı və Şahdağda 3 sm-dir.

Düşən yağıntının miqdarı Daşkəsən və Ordubadda 11, Sədərəkdə 10, Tərtər və Gədəbəydə 9, Ağdam, Yardımlı və Şahbuzda 8, Şamaxıda 7, Göygöl, Bərdə, Göyçay, İsmayıllı və Şərurda 6, Culfada 5, Qobustan, Qrız və Xaltanda 4, Biləsuvar, Şabran, Xınalıq, Altıağac, Lənkəran və Bərdədə 3, Lerik, Ağstafa, Sarıbaş (Qax), Gəncə, Naftalan, Goranboy, Naxçıvan, eləcə də Bakıda və Abşeron yarımadasında 2, Qəbələ, Şəmkir, Tovuz, Zaqatala, Şəki, Qusar, Mingəçevir, Astara, Yevlax və Ağdamda 1 mm-dir.

Bəzi yerlərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Mingəçevirdə 19, Daşkəsən və Naftalanda 18 m/s-dək güclənib.