BAKI, 23 noyabr. TELEQRAF
İtaliya Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu İtaliya Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani noyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.
A.Tayani Azərbaycanın İtaliya üçün regional sabitlik baxımından çox əhəmiyyətli ölkə olduğunu vurğulayıb.