BAKI, 23 noyabr. TELEQRAF

469,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Bu barədə Teleqraf-a Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, son bir həftə azad edilmiş ərazilərdə daha 46 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 468 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.