BAKI, 6 dekabr. TELEQRAF
2024/2025-ci tədris ilinin əvvəlinə Özbəkistanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin ümumi sayı (filiallarla birlikdə) 222 olub. Onlardan 30-u xarici universitetlərdir.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsinin məlumat yayıb.
Məlumata görə, 222 universitetdə 1 432 810 tələbə təhsil alır.