BAKI, 5 dekabr. TELEQRAF

Oktyabrın 1-nə Özbəkistanın dövlət borcu 43,9 milyard dollar təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistanın Maliyyə və İqtisadiyyat Nazirliyi məlumat yayıb.

İlin əvvəlindən borcun məbləği 3,75 milyard dollar artıb. Üçüncü rübdə borcun artım tempi aşağı düşüb. Bu müddət ərzində beynəlxalq maliyyə institutlarından 473 milyon dollar kredit alınıb.

İlin əvvəlindən bəri ən yüksək göstərici birinci rübdə qeydə alınıb, yanvar-mart ayları arasında dövlət borcu 2,38 milyard dollar artıb. Beləliklə, borcun ÜDM-də payı 35%-dən 32,3%-ə qədər azalıb.

Həmçinin, rəsmi Daşkənd ÜDM-də kölgə iqtisadiyyatının payını 29%-ə qədər azaltmaq niyyətindədir. Bu gün Özbəkistan iqtisadiyyatının 8,3 milyard dollardan çoxu kölgədə qalır.