BAKI, 24 oktyabr. TELEQRAF

Qazaxıstan hökuməti Azərbaycanla energetika sahəsində strateji tərəfdaşlıq haqqında sazişi təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.

Qazaxıstan hökumətinin qərarda deyilir: “Qazaxıstan Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında layihə təsdiq edilsin”.

Sənədə əsasən, tərəflər əməkdaşlığı aşağıdakı sahələrdə inkişaf etdirəcəklər:

- Neft və qaz sənayesi;

Bərpaolunan enerji mənbələri;

Qarşılıqlı maraq doğuran digər sahələr.