BAKI, 15 oktyabr. TELEQRAF
Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Baktıbek Bekbolotov Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval ilə görüşüb.
Teleqraf xəbər verir ki, tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələləri və təhlükəsizlik sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
Danışıqlar zamanı regional sabitliyin möhkəmləndirilməsi üzrə tədbirlər, o cümlədən terrorizm, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi və transmilli cinayətlərin digər formalarına qarşı birgə mübarizə məsələləri müzakirə edilib.
Görüş Mərkəzi Asiya-Hindistan formatında yaxın günlərdə baş tutacaq 3-cü toplantıdan əvvəl baş tutub.