BAKI, 4 oktyabr. TELEQRAF
İkinci Dünya müharibəsi zamanı həlak olan Abdullajon Dadabayevin külü Belarusdan Özbəkistana gətirilib.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.
Abdullajon Dadabayev 1918-ci ildə Fərqanə vilayətinin Özbək rayonunda anadan olub. O, İkinci Dünya müharibəsi zamanı Belarusu müdafiə edərkən həlak olub. Onun cənazəsi Özbəkistan Müdafiə Nazirliyi və ölkə səfirliyinin nümayəndələrinə təhvil verilib.