BAKI, 1 sentyabr. TELEQRAF

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər BMT-nin bugünkü reallıqlara uyğunlaşdırılması üçün islahatların aparılmasını zəruri hesab edirlər.

Teleqraf xəbər verir ki, bu barədə təşkilatın Çinin Tiancin şəhərində keçirilən sammitinin yekun bəyannaməsində bildirilib.

“İkinci Dünya müharibəsinin başa çatmasının və BMT-nin yaranmasının 80-ci ildönümü ilə əlaqədar ŞƏT-ə üzv dövlətlərin Dövlət Başçıları Şurası tərəfindən bəyanat qəbul edilib. Onlar inkişaf etməkdə olan ölkələrin BMT-nin rəhbər orqanlarında təmsil olunmasını təmin etmək məqsədilə BMT-nin müasir siyasi və iqtisadi reallıqlara uyğunlaşdırılmasını zəruri hesab edirlər”, - Tiancin bəyanatında qeyd olunub.