BAKI, 28 avqust. TELEQRAF

“Qlobal iqtisadi mərkəzin Asiya-Sakit okean regionuna keçmə tendensiyası ölkələrə faydalı əlaqələr üçün daha geniş imkanlar yaradır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Qlobal iqtisadi fəaliyyətlər mərkəzinin getdikcə Asiya-Sakit okean regionuna keçməsi ilə planetin bu hissəsinin dövlətləri arasında təkcə ikitərəfli əsasda deyil, həm də Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS kimi assosiasiyalar çərçivəsində qarşılıqlı faydalı əlaqələrin qurulması üçün yeni imkanlar açılır”, - Rusiya dövlət başçısı bildirib.