BAKI, 25 iyun. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin barəsində verilən həbs qərarına görə BRİKS-in Braziliyada keçiriləcək sammitində iştirak etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Xatırladaq ki, 2023-cü il martın 17-də Haaqa Beynəlxalq Cinayətlər Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. Ona qarşı Rusiya-Ukrayna müharibəsi zamanı azyaşlı uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiya edilməsi ittihamı irəli sürülüb.
Beynəlxalq məhkəmənin üzvü olan ölkələr səfər edəcəyi təqdirdə barəsində BCM-in Nizamnaməsinə uyğun olaraq, Rusiya Prezidentini həbs etməlidirlər. Braziliya BCM-in üzvüdür.