BAKI, 13 may. TELEQRAF

Hindistan və Pakistan hərbi komandanlıqları qoşunların sərhəddən geri çəkilməsini təmin edəcək tədbirləri nəzərdən keçirməyi qərara alıblar.

Teleqraf xəbər verir ki, bu barədə Hindistan Silahlı Qüvvələrinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, 12 may axşam saatlarında Hindistan və Pakistanın hərbi əməliyyat komandanları arasında danışıqlar baş tutub. Danışıqlar zamanı tərəflər qoşunların sərhəddən və ön xətt bölgələrindən çıxarılmasını təmin etmək üçün təcili tədbirləri nəzərdən keçirmək barədə razılığa gəliblər.

Tərəflər həmçinin atəş açmamaq və ya bir-birinə qarşı hər hansı təcavüzkar hərəkətlər etməmək öhdəliyi ilə bağlı məsələləri müzakirə ediblər.