
BAKI, 10 aprel. TELEQRAF
Çin hökuməti tariflərin artırılması ilə iki ölkə arasında gərginliyin böyüməsi fonunda öz vətəndaşlarına ABŞ-yə səfər edərkən təhlükəsizlik risklərinə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə Çin Mədəniyyət və Turizm Nazirliyinin bəyanatında bildirilib.
“Çin və ABŞ arasında iqtisadi-ticari əlaqələrin pisləşməsi və ölkədəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar çinli turistlər ABŞ-yə səyahət risklərini qiymətləndirməli və səyahət edərkən diqqətli olmalıdırlar”, - açıqlamada deyilir.