GƏNCƏ, 24 oktyabr. TELEQRAF
Xalq artisti Şahnaz Haşımova Gəncə şəhərində xəstəxanaya yerləşdirilib.
Bu barədə Teleqraf-ın yerli bürosuna oğlu Tural Abdulayev məlumat verib.
Onun sözlərinə görə, Ş.Haşımova sabah əməliyyat olunacaq.
"Anamın vəziyyəti, şükürlər olsun, yaxşıdır. Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Bizə dedilər ki, mütləq əməliyyat olunmalıdır. Sabah günün birinci yarısında əməliyyat edəcəklər", - deyə xalq artistinin oğlu bildirib.