BAKI, 1 oktyabr. TELEQRAF
Aktauda “Korkıt Ata” Türk Dünyası Film Festivalının təntənəli açılışı olub.
Teleqraf xəbər verir ki, festival Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın milli kino təşkilatlarını birləşdirən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsüdür.