BAKI, 20 aprel. TELEQRAF

Romada turistlər ABŞ vitse-prezidenti Cey di Vensin səfəri səbəbindən bağlanan Kolizeyə hücum etməyə cəhd göstəriblər.

Teleqraf xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb .

Səyahətçilərin narazılığına səbəb aprelin 19-da yerli vaxtla saat 17:00-dan 18:15-dək bütün ekskursiyaların ləğv edilməsi olub. Bu barədə əvvəlcədən xəbərdarlıq etməsələr də, biletlərin pulunu qaytaracaqlarına söz verdilər.

Turistlər Kolizeyin həyətinə özbaşına daxil olmaq istəyiblərr. Onlar əllərində biletlərlə turniketləri açıb əsas darvazaya yaxınlaşıblar və burada təhlükəsizlik xidməti onları saxlayıb. Qəzəblənən ziyarətçilər muzeyin qapısıdan içəri buraxılmalarını tələb ediblər.

Kolizey rəsmiləri hadisəyə görə üzr istəyib.