​​​BAKI, 19 mart. TELEQRAF

Müğənni Ercan Saatçi saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Prodüser kimi də fəaliyyət göstərən müğənninin İstanbul bələdiyyəsinin təşkil etdiyi konsertlərdə iştirakına görə saxlanıldığı bildirilir. İstanbul Baş Prokurorluğu həmin konsertlərdə korrupsiyaya yol verildiyini ehtimal edir.