BAKI, 3 mart. TELEQRAF

Amerika Kino Akademiyası "Oskar" mükafatına namizədlərin siyahısını açıqlayıb.

Teleqraf xəbər verir ki, 23 kateroqriya üzrə qaliblərin siyahısı bəlli olub.

Siyahı belədir:

"Ən yaxşı film" - "Anora";
"Ən yaxşı rejissor" - Şon Beyker ("Anora");
"Ən yaxşı aktrisa" - Miki Medison ("Anora");
"Ən yaxşı aktyor" - Edrian Broudi ("Brutalist");
"Ən yaxşı mahnı" - El Mal ("Emiliya Peres");
"Ən yaxşı musiqi" - "Brutalist";
"Ən yaxşı II plan aktyoru (kişi)" - Kirab Kalkin ("Gerçək ağrı");
"Ən yaxşı əcnəbi film" - "Mən hələ burdayam" (Braziliya);
"Ən yaxşı adaptasiya ssenarisi" - Piter Stroxan ("Konklav");
"Ən yaxşı orijinal ssenari" - Şon Beyker (Anora);
"Ən yaxşı ikinci plan aktyoru (qadın)" - Zoi Saldana ("Emiliya Peres");
"Ən yaxşı cizgi filmi" - "Axın";
"Ən yaxşı operator işi" - "Brutalist"
"Ən yaxşı montaj" - "Anora";
"Ən yaxşı quruluşçu-rəssam" - "Acıqlı: Qərb cadugərinin nağılı";
"Ən yaxşı sənədli film" - "Başqa torpaq yoxdur";
"Ən yaxşı qrim və saç düzümü" - "Substansiya";
"Ən yaxşı kostyum dizaynı" - "Acıqlı: Qərb cadugərinin nağılı";
"Ən yaxşı səs" - "Düna: II hissə";
"Ən yaxşı vizual effektlər" - "Düna: II hissə"
"Ən yaxşı qısametrajlı animasiya filmi" - "Sərv kölgəsində";
"Ən yaxşı qısametrajlı sənədli film" - "Orkestrdə yeganə qız";
"Ən yaxşı qısametrajlı film" - "Mən robot deyiləm".

***

04:54

Bu gün Los-Ancelesdəki Dolby Teatrında Oskar Kino Mükafatının təqdimetmə mərasimi keçirilir.

Bəzi qaliblərin adları artıq açıqlanıb. Belə ki, amerikalı Kiran Kalkin ("Gerçək ağrı") ən yaxşı ikinci plan aktyoru nominasiyasında qalib gəlib.

Teleqraf xəbər verir ki, bir çox telekanallar mərasimi canlı yayımlayır.

Mükafat 23 nominasiya üzrə verilir. 2025-ci il üçün namizədlərin elanı yanvar ayında Los-Anceles dairəsində baş verən, ən azı 25 nəfərin ölümü və 12.000-dən çox strukturu məhv edən meşə yanğınları səbəbindən iki dəfə təxirə salındı.