BAKI, 2 mart. TELEQRAF

Tanınan türkiyəli sənətçi Edip Akbayram dünyasını dəyişib.

Teleqraf Türkiyə mətuatına istinadən xəbər verir ki, 75 yaşlı musiqiçi son iki ayda xəstəxanada müalicə alırmış.

Azərbaycanda da xeyli pərəstişkarı olan Akbayram yanvarın 4-dən etibarən daxili qanaxma səbəbi ilə reanimasiyaya yerləşdirilmişdi.