BAKI, 27 fevral. TELEQRAF

"Konklav" filmi ilə "Oskar" mükafatının on nominasiyasına namizəd olan rejissor Edvard Berger "Wall Street Journal"ın müxbiri Evan Gerşkoviçin xatirələri əsasında film çəkəcək.

Teleqraf xəbər verir ki, məlumatı “The Guardian” qəzeti yayıb.

Jurnalist Rusiyada casusluq ittihamı ilə ciddi rejimli həbsxanada 16 il müddətinə azadlıqdan məhrum edilib və 2024-cü ilin yayında Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi çərçivəsində azad olunub.

Gerşkoviç anası Ella Milman ilə birlikdə filmə baş prodüserlik edəcək.

Çəkilişlərin nə vaxt başlayacağı hələlik məlum deyil. Gerçkoviçin memuarları isə ilk dəfə yalnız 2026-cı ildə ABŞ-də "Penguin Random House Crown" nəşriyyatında işıq üzü görəcək.

Edvard Bergerin əvvəlki filmi ("Qərb cəbhəsində dəyişiklik yoxdur") BAFTA-nın 7 (o cümlədən, ən yaxşı film), "Oskar"ın dörd mükafatını qazanıb.