Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun dəfn ediləcəyi yer açıqlanıb.

Bu haqda Teleqraf.com-a Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov məlumat verib:

"Rüstəm İbrahimbəyov Birinci Fəxri Xiyabanda dəfn ediləcək".

Qeyd edək ki, bu gün Rüstəm İbrahimbəyovla vida mərasimi saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq.