BAKI, 3 iyul. TELEQRAF
“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib.
Teleqraf xəbər verir ki, Gəncə təmsilçisi Azər Məmmədovla müqavilə imzalayıb.
50 yaşlı mütəxəssislə 1 illik anlaşma əldə olunub. O, yeni mövsümdə “sarı-göylər”ə rəhbərlik edəcək.
Qeyd edək ki, Azər Məmmədov daha əvvəl də “Kəpəz”də çalışıb. O, 2023-cü ildə Gəncə klubunun baş məşqçisi olub.